lider-media.az

Hacıqabul RPŞ-də polis akademiyasında təhsil almaq istəyən yuxarı sinif şagirdləri ilə görüş keçirilib

Baxış: 391 Tarix: 16-10-2024, 17:09

DİN Mətbuat Xidmətindən Lider-media.az-a bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında polis akademiyasında təhsil almaq istəyən yuxarı sinif şagirdləri ilə görüş keçirilib.  
Görüş zamanı şagirdlərə ölkəmizdə sabitliyin və asayişin təmin olunmasında, eləcə də hüquq normalarının qorunmasında daxili işlər orqanlarının fədəkar xidməti haqqında ətraflı məlumat verilib. Sıralarımıza qatılmaq arzusunda olan gənclərə sağlam həyat tərzi keçirmələri, dərslərini yaxşı oxumaları tövsiyə edilib. Həmçinin polisin gündəlik fəaliyyəti şagirdlərin diqqətinə çatdırılıb və Polis Akademiyasında yaradılan şərait, kitabxanalar, laboratoriyalar haqqında onlara geniş məlumatlar verilib.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi