lider-media.az

BAAU-nun dövri-elmi jurnalları ilə bağlı əməkdaşlıq müqaviləsi imzalandı 

Baxış: 358 Tarix: 16-10-2024, 17:13

Bakı Avrasiya Universitetində (BAAU) “Qlobal əməkdaşlıq və analitik araşdırmalar mərkəzi” İctimai Birliyinin nümayəndələri ilə görüş keçirilib.

baau-nun-dovri-elmi-jurnallari-ile-bagli-emekdasliq-muqavilesi-imzalandi

Görüşdə BAAU-nun rektoru, dosent Səyavuş Qasımov, Elmi işlər üzrə prorektor, professor Gülzar İbrahimova, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevda Rzayeva və İnnovasiya sektorunun müdiri Kamran Qasımov, həmçinin İSSN Agentliyinin əlaqələndiricisi, “Qlobal əməkdaşlıq və analitik araşdırmalar mərkəzi” İctimai Birliyinin sədri Xəyalə Məmmədova və birliyin əməkdaşı da iştirak edib.Rektor Səyavuş Qasımov qonaqlara universitet haqqında geniş məlumat verib, eyni zamanda, universitetin elmi yaradıcılıq prespektivlərindən söz açıb.Prorektor Gülzar İbrahimova BAAU-nun “Sivilizasiya” adlı elmi-nəzəri, praktik jurnalının 2012-ci ildən etibarən nəşr olunduğunu qeyd edib və jurnalın məqsədi barədə qonaqlara məlumat verib. Bildirib ki, jurnalda Azərbaycan, rus və ingilis dillərində məqalələr dərc olunur.

Porektor Sevda Rzayeva “Sivilizasiya” elmi-nəzəri, praktik jurnalına Rəqəmsal Obyekt İdentifikator (DOİ) nömrənin verilməsini və onun beynəlxalq elmi bazalara daxil edilməsinin əhəmiyyətini qeyd edib. O, həmçinin qeyd edib ki, bu, professor-müəllim heyətinə beynəlxalq elmi platformalarda və əməkdaşlıqda yeni elmi-tədqiqat işlərinin aparılması üçün xarici ölkələrin elmi-tədqiqat institutları ilə əməkdaşlığına da müsbət təsiri olacaq.

İctimai Birliyin sədri Xəyalə Məmmədova beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi və genişləndirilməsi barədə fikirlərini bildirərək, qarşıdakı dövr ərzində BAAU ilə də rəqəmsallaşma və universitetdə olan dövri-elmi jurnalların saytlarının təkmilləşdirilməsi prosesində geniş əməkdaşlıq prespektivlərini qeyd edib.

Görüş iki qurum arasında dövri-elmi jurnallarının məhsuldarlıq səviyyələrinin artırılması istiqamətində əməkdaşlıq müqaviləsinin imzalanması ilə yekunlaşıb.



Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi