lider-media.az

"Ana, mən şəhid olsam...”

Tarix: 16-10-2024, 10:09

2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təxribata cavab olaraq Ordumuzun başladığı 44 günlük Vətən müharibəsi düşmənin sarsıdıcı məğlubiyyəti ilə nəticələndi. Bu haqq savaşında qələbəyə görə şəhidlərimizə və qazilərimizə borcluyuq. Odur ki, heç kim unudulmur, heç kim yaddan çıxmır.Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Ələkbər İsgəndər oğlu Ələsgərovdur. 3 sentyabr 1998-ci ildə Bakı şəhərində dünyaya göz açıb. 2015-ci ildə Mikayıl Müşfiq adına 18 saylı məktəbi bitirib. Həmin ildə Azərbaycan dənizçilik kollecinə daxil olub.

 Ələkbər 2015-2017-ci illərdə Beyləqan rayon "N" saylı hərbi hissədə top komandiri olaraq həqiqi hərbi xidmət keçib. Ələkbər  general Polad Həşimovunn ölümündən sonra könüllü orduya yazılır. Vətən müharibəsi başalayanda Füzulinin azadlığı uğrunda döyüşlərdə vuruşur.  1 oktyabr 2020-ci ildə Füzulinin Alxanlı kəndi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olur. Hökməli qəbiristanləğında dəfn edilir.

  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıdığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamlarına əsasən, Ələkbər Ələsgərov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib."Ələkbər biz evlənəndən 17 il sonra doğulub. 22 yaşında itirdik onu... Hər işində dəstək olmağa çalışırdım”. Füzuli döyüşlərində həlak olan Ələkbər Ələsgərovun atası İsgəndər Ələsgərovun oğlu haqqında xatirələrindəndir.Anası Sveta Ağayeva: Ələkbərin Dənizçilik Akademiyasını bitirdiyini söyləyir. 4 il həm oxuyub, həm də işləyib, bizə kömək edib. Uşaqlıqdan o da, qardaşı da əsgər paltarı geyinməyi xoşlayırdılar, taxtadan tapançalar düzəldirdilər. Ələkbər həmişə əlini kürəyimə vurub deyirdi ki, görərsən necə oğlanlar böyütmüsən, torpaqlarımızı biz alacağıq. Nə qədər desəm də ki, torpaqlar sülh yoluyla alınacaq, dediyindən dönmürdü. Deyirdi, şəhid olsam, Çingiz Mustafayevin "Ana, mən şəhid oldum” mahnısını qoyub qulaq asarsan. Dediyi kimi də oldu. Sanki oğlum şəhid olmaq üçün yaşamışdı. Sentyabrın 21-i telefonuna zəng gəldi ki, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət  xidmətinin rayon idarəsinə  gəlməlisən. Mən ona nə sarıldım, nə də görüşdüm. Dedi, təlimə gedib qayıdacam. Amma son gedişi oldu...11 gün sonra... O arada cəmi iki dəfə də zəng vurdu, Füzulidə olduğunu dedi. Soruşurduq necəsən, bizi qorxutmaq üçün düzünü demirdi. Amma atışma səslərini eşidirdim. Oktyabrın 1-də zəng gəldi, Ələkbərin anası olub-olmadığımı soruşdular və heç nə demədən dəstəyi asdılar. Başa düşdüm ki, pis bir şey olub. Sonra evə gələn polis gəldi, onun arxasınca çıxanda küçədə böyük bir izdiham gördüm. Hər şey aydınıydı, oğlum şəhid olmuşdu…”

Ələkbərin iş yoldaşı Emin Eyvazov çox vətənpərvər gənc olmasından danışır: "Ailəsindən gizlətsə də, bizə könüllü yazıldığını demişdi. Çox sevinərək getdi, hamımız yığışıb onu yola saldıq. Atasının dostu, polkovnik-leytenant rütbəli hərbçimiz ermənilərin ələ keçirilmiş tanklarından birinin üstünə Ələkbərin adını-soyadını yazaraq şəklini çəkib ailəsinə göndərib ki, oğlunuzun qisasını aldıq”. Digər bir iş yoldaşı  Cavid  Ələkbərin onun çox gülərüz olduğunu, ölümünə həm kollektivin, həm də müştərilərin çox kədərləndiyini qeyd edir: "Bizə qalan şəkilləri oldu. Baxıb fəxr edirik ki, Ələkbər bizim iş yoldaşımız olub”.

 Sveta xanım hər gün "Ana, mən şəhid oldum” mahnısını dinləyir: "Oğlumdan son xatirədir, hər gün idman edə-edə bu mahnıya qulaq asardı...”  Mənim xəyallarım vardı, Mənim öz dünyam vardı, Mənim sevdiyim vardı, Ana, mən şəhid oldum…

Lider-Media.az

                                                                                                                  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi