lider-media.az

Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi

Baxış: 480 Tarix: 15-10-2024, 20:04

TələbəPlus” layihəsi çərçivəsində Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənədi mədəniyyət nazirinin müavini Səadət Yusifova və TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov imzalayıblar.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova layihənin əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, imzalanmış müqaviləyə əsasən teatr, muzey və qoruqlarda tələbələr üçün xüsusi endirimlərin tətbiq olunması gözlənilir.
TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov vurğulayıb ki, layihə bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır. Alış-veriş mərkəzlərində və tələbələrin ən çox istifadə etdiyi müxtəlif iaşə obyektlərində tələbələrə özəl güzəştlər edilməsi üçün TİF öz tərəfdaşları ilə birlikdə 200-dən artıq şirkətlə razılaşma əldə edib.
Görüş qarşılıqlı fikir doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.
Qeyd edək ki, “TələbəPlus” kartı TİF, Kapital Bank və “Visa” beynəlxalq ödəmə  texnologiyaları şirkətinin Azərbaycanın ali təhsil müəssisələrinin tələbələri üçün birgə həyata keçirdiyi layihədir. Layihə çərçivəsində təhsilin bütün pillələri yəni bakalavriat, magistratura və doktorantura üzrə bütün kurslarda təhsil alan tələbələr əhatə olunacaq.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi