lider-media.az

Naxçıvanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Baxış: 455 Tarix: 15-10-2024, 18:24

Naxçıvan MR DİN-in Cinayət Axtarışı  İdarəsinin və Sədərək rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Sahil Əsədov saxlanılıb. Onun üzərinə baxış zamanı külli miqdarda marixuana və metamfetamin aşkarlanaraq götürülüb.

Araşdırma zamanı S.Əsədovun İrandan qanunsuz olaraq müxtəlif yollarla əldə etdiyi narkotik vasitələrin satışını təşkil etdiyi məlum olub. 

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi