lider-media.az

Ekoloji Nəzarət Üzrə YPX-nin postunda “Təmiz hava" aylığı çərçivəsində növbəti tədbir keçirilib

Baxış: 519 Tarix: 15-10-2024, 17:53

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, oktyabr ayının 1-dən respublika ərazisində həyata keçirilən "Təmiz hava" aylığı çərçivəsində nəzarət tədbirləri polis əməkdaşları tərəfindən davam etdirilir. Bu məqsədlə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Üzrə Yol Patrul Xidmətinin stasionar postunda növbəti tədbir həyata keçirilib. Tədbir zamanı atmosferə normadan artıq zərərli maddələr atan avtomobillərin istismarının qarşının alınması ilə yanaşı, sürücülərlə, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərlə maarifləndirmə xarakterli söhbətlər aparılıb. Nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərər onların diqqətinə çatdırılıb.
Qeyd edək ki,ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi