Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsində yerləşən Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusuna layiq görülüb. Bu, cənab Prezidentin apardığı uğurlu xarici siyasətin növbəti qələbəsidir ki, MDB ölkələri, xüsusən də təşkilatın aparıcı qüvvəsi olan Rusiya bu statusa məhz Azərbaycanın işğaldan azad edilmiş şəhərinin seçilməsinə etiraz etməyib.
Bu gün isə Rusiya Azərbaycan hərbçilərinin tam nəzarəti altında olan Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı seçilməsinə səs verir. Bu qərar Laçın sakinləri və ümumilikdə Azərbaycan xalqı tərəfindən məmnunluqla qarşılanıb.
Eyni zamanda qərara alınıb ki, 2025-ci ildə Azərbaycan həmçinin III MDB Oyunlarına ev sahibliyi edəcək. Gəncə şəhəri həmin dövrdə rəsmi olaraq idman paytaxtı elan ediləcək. Bu xəbərlər həqiqətən də Azərbaycanın MDB məkanındakı nüfuzunun, region ölkələri arasında qazandığı etimad və inamın göstəricisidir. Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərinin məhz MDB dövlətləri olduğunu nəzərə alsaq, Azərbaycanın nə qədər düzgün və məhsuldar xarici siyasət həyata keçirdiyini, bu ölkələrlə ikitərəfli münasibətlərin yüksək səviyyəsinin Vətən müharibəsində maraqlarımıza cavab verdiyini təsdiq edir.
Laçın uzun illər boyunca qədim Azərbaycan mədəniyyətinin və xalq irsinin məkanı olmuşdur. Şəhər folklor, musiqi və sənətkarlıq ənənələri ilə tanınır. Mədəniyyət paytaxtı statusu bu irsi yenidən canlandırmaq və beynəlxalq ictimaiyyətə tanıtmaq üçün böyük imkanlar açır.
İşğal dövründə dağıdılmış abidələrin və tarixi yerlərin bərpası, şəhərin turizm potensialını artırmaqla yanaşı, Azərbaycan mədəniyyətinin dünya səviyyəsində tanıdılmasına şərait yaradacaq. MDB ölkələrindən gələn qonaqlar və turistlər Laçının mədəniyyət tədbirlərində iştirak edərək şəhərin zəngin irsini tanıyacaqlar. Bu şəhərin MDB-nin mədəniyyət paytaxtı seçilməsi Laçının yalnız hərbi qələbə ilə deyil, eyni zamanda mədəni dirçəliş və sülhün simvolu kimi tanınmasını təmin edir. Şəhərin bərpa olunaraq keçmiş məcburi köçkünlərin qayıdışı ilə yenidən canlanması Azərbaycan xalqının öz mədəniyyətinə, torpağına bağlılığının və quruculuq əzminin təcəssümüdür.
Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi bu ölkələr arasında mədəni və humanitar əməkdaşlığı gücləndirəcək, regional və beynəlxalq əməkdaşlığa töhfə verəcək. Burada keçiriləcək festivallar, sərgilər və tədbirlər müxtəlif xalqları bir araya gətirərək qarşılıqlı anlaşmanı və dostluq münasibətlərini dərinləşdirəcək. Azərbaycanın mədəni diplomatiya sahəsində güclü mövqeyini nümayiş etdirən bu status ölkənin mədəni irsinin daha geniş coğrafiyada tanıdılmasına, həmçinin Azərbaycanın beynəlxalq mədəni proseslərdə fəal iştirakına imkan yaradacaq. Laçında keçiriləcək tədbirlər Azərbaycan mədəniyyətinin, musiqisinin, incəsənətinin və adət-ənənələrinin MDB məkanında və ondan kənarda daha da tanınmasına şərait yaradacaq.
Laçın 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış və bu müddət ərzində demək olar ki, tamamilə dağıdılmış şəhərlərdən biridir. Ancaq bu gün Laçın bərpa olunaraq burada canlanma başlayıb. Bərpa prosesi ilə Laçın Azərbaycan üçün strateji və mədəni əhəmiyyətini artırır.
Laçın şəhərinin azad olunması Azərbaycan xalqı üçün təkcə hərbi və strateji qələbə deyil, həm də milli qürur və kimliyin bərpası deməkdir. Şəhərin yenidən qurulması və burada yeni həyatın başlaması keçmiş məcburi köçkünlərin qayıdışını və onun inkişafını təmin edir. Laçın öz mədəniyyət paytaxtı adını şərəflə doğruldacaq.
Pərvanə VƏLİYEVA,
Milli Məclisin deputatı.

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb