lider-media.az

Xocalı soyqırımı qurbanlarının xatirəsi Budapeştdə də anılıb

Baxış: 358 Tarix: 27-02-2024, 13:50

Azərbaycanın Macarıstandakı səfirliyinin Böyük zalında Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə bu ölkədə yaşayan Azərbaycan diasporunun nümayəndələri, tələbələr, ictimai xadimlər, eləcə də səfirliyin əməkdaşları iştirak ediblər.

Azərbaycan Dövlət Himninin ifasından sonra bu mənfur cinayətin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə tədbirə toplaşanlar qarşısında çıxış edərək bildirib ki, bu il Azərbaycan xalqı ilk dəfə olaraq bu faciəli tarixi tamamilə yeni şəraitdə - işğaldan azad olunmuş Xocalıda qeyd edir. Diplomat vurğulayıb ki, Prezident İlham Əliyevin bazar ertəsi bu şəhərə səfəri zamanı Xocalı soyqırımının qurbanlarına memorialın təməli qoyulub. Tahir Tağızadə erməni hərbçilərinin vəhşi cinayətləri barədə faktların bütün dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun 2008-ci ildə təşəbbüsçüsü olduğu “Xocalıya ədalət!” kampaniyasının böyük rolunu qeyd edib.

Tədbirin sonunda Azərbaycan xalqının yeni tarixində bu kədərli günün məhz builki ildönümünə hazırlanmış “13” sənədli filmi təqdim olunub.

Bir gün əvvəl Budapeştdəki Azərbaycan evində isə “Fəryad” bədii filmi nümayiş etdirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi