lider-media.az

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev: Qarabağda memorial komplekslərin yaradılmasına maliyyə dəstəyi ayrılacaq

Baxış: 314 Tarix: 15-10-2024, 12:00

Ölkə rəhbərliyinin tapşırığı və Mədəniyyət Nazirliyi ilə birlikdə bu yaxınlarda Qarabağda memorial komplekslərin yaradılması layihəsinə maliyyə dəstəyini ayırmağa başlayacağıq.Bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Karabakh") jurnalistlərə açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, Füzuli şəhərində çox böyük mərkəzi parkın salınması, onun ərazisində müxtəlif obyektlərin, o cümlədən restoranların, oyun və idman meydançalarının, körpülərin və digər obyektlərin tikintisinə yaxın vaxtlarda başlanacaq.“Bu işlər hazırda ekspertiza mərhələsindədir. Eyni zamanda, fondun dəstəyi ilə Füzuli şəhərində və Zəngilan rayonunda ekologiya ilə bağlı bir layihəmiz olub”, - deyə R.Hacıyev bildirib.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi