lider-media.az

Paytaxtın bəzi küçələrində svetoforların iş rejimi 2 fazadan 3 fazaya dəyişdirilib

Baxış: 515 Tarix: 15-10-2024, 09:55

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, daha bir yol kəsişməsində yaranan qəza şəraiti və nəqliyyat ləngiməsi aradan qaldırıldı. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən paytaxtın Yasamal rayonu, Mətbuat prospekti ilə Nazim Hikmət və Əbdürrəhim bəy Haqverdiyev küçələrinin kəsişməsində olan svetoforların iş rejimi 2 fazadan 3 fazaya dəyişdirilib. Eyni zamanda Nazim Hikmət küçəsindən Mətbuat prospekti istiqamətində hərəkət edən nəqliyyat vasitələri üçün svetoforun yaşıl işığının müddəti 13 saniyə artırılıb. Əvvəllər isə Nazim Hikmət küçəsindən kəsişməyə daxil olan sürücülər burada bir qədər gözləməli olurdular. Edilən dəyişiklikdən sonra bu yolda hərəkət iştirakçılarının təhlükəsizliyi təmin olunub və kəsişmədə yaranan nəqliyyat ləngiməsinin qarşısı alınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi