Müzəffər LİDER
Cənab İlham Əliyevin Prezident seçilməyindən 21 il ötür
Bu gün cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 21 il ötür. Böyük məmnunluqla qeyd etmək istərdim ki, geridə qoyduğumuz 21 il Azərbaycanın inkişafı və dövlətimizin qarşısında dayanan taleyüklü problemlərin həlli baxımından mühüm uğurlar və tarixi hadisələrlə zəngin olduğundan cənab İlham Əliyevin həm Prezident kimi fəaliyyətinin, həm də yüksək siyasi keyfiyyətlərinin qiymətləndirilməsi baxımından geniş imkanlar yaradır.Hələ 2003-cü il avqustun 4-də Prezident Heydər Əliyevin fərmanı ilə İlham Əliyevin respublikamızın Baş naziri təyin edilməsi respublika ictimaiyyəti tərəfindən böyük rəğbət və razılıqla qarşılanmışdı. Çünki İlham Əliyev bu təyinata qədər çalışdığı bütün vəzifələrdə mükəmməl fəaliyyət nümunəsi ortaya qoymuş, məsul olduğu sahələrin hər birində mühüm uğurlara imza atmışdı.
Belə ki, cənab İlham Əliyev Baş nazir təyin edilənə qədər həm Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, həm Milli Məclisin deputatı, həm Milli Olimpiya Komitəsinin prezidenti, həm də Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini kimi respublikamızda gedən siyasi-icitmai və iqtisadi proseslərdə yaxından iştirak etmiş, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ümummilli vəzifələrin icra olunmasına, həyata vəsiqə almasına böyük töhfələr vermişdi.2003-cü ilin prezident seçkilərində də respublikamızda ictimai-siyasi ovqat məhz Heydər Əliyev siyasi kursunun davam etdirilməsi və bu müstəvidə cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi kimi ümumxalq arzusunun üzərində köklənmişdi. Bu baxımdan 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkiləri ictimaiyyətə bəlli olan gerçəkliklərə yeni işıq saldı. Seçkilər Azərbaycan cəmiyyətinin Heydər Əliyev siyasi kursuna heç bir alternativi qəbul etmədiyini və öz gələcəyini Ulu Öndərin siyasi yolunun davamında gördüyünü nümayiş etdirdi. Eyni zamanda 2003-cü il seçkiləri Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı kimi cənab İlham Əliyevə olan dərin etimad və inamın ilk ümumxalq təcəssümü oldu.
2003-cü il seçkilərindən sonra keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev demişdi: "Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm". Ötən 21 illik zamanın hər bir ili, hər bir prezidentlik dövrü təsdiq edir ki, Prezident İlham Əliyev xalqa verdiyi vədləri layiqincə yerinə yetirib. Geridə qoyduğumuz hər bir il Prezident İlham Əliyevin Azərbaycan xalqına verdiyi uğur hesabatı kimi tarixə həkk olunub, Heydər Əliyev ideyalarının təntənəsinə çevrilib.15 oktyabr milli dövlətçilik tariximizdə xüsusi əlamətdarlığa malik günlərdəndir. Bu tarix cənab İlham Əliyevin vətəndaşlarımızın mütləq etimadı ilə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündür. 2003-cü ilin 15 oktyabrından ötən müddət ərzində dövlətimizin başçısının rəhbərliyi ilə müstəqil respublikamız möhtəşəm uğurlara nail oldu, Azərbaycan tarixinin ən qüdrətli mərhələsinə gəlib çatdı. Bu uğurların miqyası o qədər geniş və çoxşaxəlidir ki, dünyanın əksər dövlətlərinin təcrübəsinə nəzər saldıqda cəmi 21 il ərzində bu qədər böyük nailiyyətlər qazanmış başqa bir ölkə təsəvvür etmək mümkün deyildir.
15 oktyabr 2003-cü ildə Ulu Öndərin siyasi kursunun davamçısı kimi dövlət rəhbəri seçilən İlham Əliyev estafeti iki əsrin və minilliyin qovşağında qəbul etdi. Onun üçün ənənə və siyasi varislik möhkəm təməl, çoxvektorlu inkişaf, müasirləşdirmə və modernləşdirmə isə ali məqsəd idi. İlham Əliyev ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq yeni tipli siyasi lider olaraq siyasi arenaya atıldı. Onun qarşısında yüksək fəaliyyət perspektivləri, yeni siyasi-iqtisadi, mənəvi-ideoloji üfüqlər açılmışdı. Prezident İlham Əliyevin siyasi düşüncəsinin, təfəkkürünün mənbəyində millilik, vətən və xalq təəssübkeşliyi, Şərqin müsbət ənənələri, türk mənəvi-əxlaqi dəyərləri dayansa da, həm də Qərb və Avropa modellərinə münasib intellekt möhkəm yer tuturdu. Məhz buna görədir ki, bu gün dünya siyasi arenasında baş verən hadisələri düzgün təhlil edərək müasir dövrün Lideri kimi çevik reaksiya verə, bütün kənar təsir və təzyiqləri soyuq məntiqlə neytrallaşdıra bilir. Prezident İlham Əliyevin 31 oktyabr 2003-cü ildə keçirilən andiçmə mərasimindəki çıxışına nəzər salanda 20 il sonra onun verdiyi bütün vədləri yerinə yetirdiyinin şahidi oluruq. Ona görə də 15 oktyabr tarixi sözün, andın reallığa çevrildiyi gündür. Qətiyyətli siyasi iradə, dünyanın ictimai-siyasi gedişatını dərindən təhlil edərək vaxtında ölkə üçün taleyüklü qərarları qəbul etmək, müəyyənləşdirilən strategiyanı dönmədən həyata keçirmək istedadı, cəsarət və ədalətlilik - bütün bu xüsusiyyətlər bu vəzifələri yerinə yetirməkdə ona kömək etmişdir. "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirSonrakı dövrdə möhtərəm prezidentin davam edən 21 illik fəaliyyəti son 200 ilin gündəliyindən daha zəngin, daha mürəkkəb, həm də tariximizin ən uğurlu periodudur. Cənab İlham Əliyev ilk növbədə dövlət və hüquq tariximiz üçün yeni bir səhifədir. Bildiyimiz kimi, Azərbaycan Respublikasının Konstitusiyasının 8-ci maddəsinə əsasən, Prezident xalqın vahidliyini təcəssüm etdirir və dövlətçiliyin varisliyini təmin edir. Sovet Azərbaycanında Heydər Əliyevdən sonra, müstəqil Azərbaycanda isə Heydər Əliyevə qədər heç bir rəhbər dövlətçiliyin varisliyini təmin edə, xalqın vahidliyinin təcəssümü ola bilməmişdi. Prezident İlham Əliyevin hakimiyyətə gəlişi ilk növbədə Heydər Əliyevin qurduğu Azərbaycanda dövlətçiliyin varisliyini təmin etdi.
Prezident İlham Əliyevin şah əsəri isə böyük Zəfərimizdir. Ümumiyyətlə, bəllidir ki, Qarabağ düyünü Ulu Öndərin nisgili idi. Baxmayaraq ki, böyük Heydər Əliyevə qədərki idarəçilik normal təfəkkürə sahib olsaydı, onun dediyi kimi, xalqı vahid sarsılmaz bir qüvvə kimi Azadlıq meydanına toplayan milli hisslərdən konstruktiv şəkildə istifadə olunsaydı, Qarabağ adlı problem də olmazdı. Əslində isə, Ulu Öndərin dediyi kimi, bu məsələyə Azərbaycan xalqı layiqincə cavab verməyə qadir idi və cənab İlham Əliyev də sübut etdi ki, xalq böyük qələbəyə həm qadirdir, həm də layiq! Sadəcə dövlət idarəçiliyi milli düşüncədə və doğru əldə olmalıdır.
Böyük hərbi-siyasi Zəfərə qədər cənab İlham Əliyev güclü iqtisadiyyat qurub, iqtisadi suverenliyimizi təmin etdi. Məcburi köçkünlərin 15 ildən artıq bir dövrdə kabusa dönən çadır şəhərciklərini ləğv edərək vətəndaşın layiqli rifahı, rəngli inqilablar simgəsi olan narıncı çadırlara meydan verməyərək müstəqilliyimizin davamlılığını təmin etdi, düşüncələri "palatka" təfəkküründən xilas edib, 200 ildir məğlub kimi yaşayan xalqa qalib kimi düşünməyi öyrətdi. Bu Zəfərə qədər Prezident İlham Əliyev həm tariximizin, həm də regionun ən güclü ordusunu və ən nəhəng müdafiə sənayesini qurdu, çoxəsrlik dövlətçilik ənənəsinin əhəmiyyətini dərk edən vətənpərvər gənclik yetişdirdi. Cənab İlham Əliyev dünya ilə, xüsusən yanlış gözləntilərdə olan bəzi qlobal dairələrlə ideoloji savaşa girib, bu savaşdan da zəfərlə çıxaraq sübut etdi ki, Heydər Əliyev siyasi kursunun davam etdiyi bir şəraitdə Azərbaycan xalqı torpaqlarının zəbt olunması ilə barışa bilməz və bu siyasi xətt Azərbaycan gəncliyinə Qarabağ və Şərqi Zəngəzuru unutdurmağa imkan verməz. Məhz bu qətiyyətli mövqeni rəhbər tutmaqla, 200 ildir zəbt edilmiş təfəkkürləri, 30 ildir işğalda qalan Qarabağ və Şərqi Zəngəzuru azad etməklə, ölkənin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə cənab İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi Azərbaycan tarixinin heç bir dövründə heç bir liderə müyəssər olmayan bir zirvəyə ucaldı. Zəfərdən cəmi 8 gün sonra özünün ən sadiq silahdaşı Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə işğaldan azad olunmuş bölgələrə səfər edən cənab İlham Əliyev tariximizin ən irihəcmli quruculuq-bərpa prosesinə start verdi. Ümumiyyətlə, Azərbaycanın ötən 21 illik tarixi Heydər Əliyev yolunun, İlham Əliyev siyasi kursunun alternativsizliyini göstərir. Olduqca qürurvericidir ki, cənab İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 21-ci ildönümünü hətta 2023-cü ildən də tamamilə fərqli tarixi gerçəkliklər fonunda qarşılayırıq. Bəli, torpaqlarımız azaddır, Qarabağda erməni separatizminə son qoyulub, ərazi bütövlüyümüz tam təmin edilib. Bu ilin yazından isə Azərbaycan ərazilərində heç bir xarici dövlətin silahlı qüvvəsi yoxdur, o cümlədən Qazaxın 4 kəndi də işğaldan azad edilib. Bu ildən Şuşada, Cəbrayılda da yaşayış var və ilin sonuna kimi Qarabağ və Şərqi Zəngəzura qayıdacaq vətəndaşlarımızın sayı artacaq.Bütün bunlar Azərbaycanın yüksəliş salnaməsinin nümunələridir. Bu salnaməni yaradan isə cənab Prezident İlham Əliyevdir.
Lider-Media.az