lider-media.az

Yaxın günlərdə elektron hərrac portalı istifadəyə veriləcək

Baxış: 4 686 Tarix: 14-10-2024, 10:55

Məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərraca çıxarılan əmlakların satışı prosesində şəffaflığın, operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yaxın günlərdə Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə elektron hərrac portalı istifadəyə veriləcək.

 

Ədliyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Lider-media.az-a bildirilib ki, portal, hərracda iştirak imkanlarının hər kəs üçün bərabər və əlçatan olmasını təmin etməyi hədəfləyir.

 

Portalda fiziki və hüquqi şəxslər “Digital Login” sistemi vasitəsilə qeydiyyatdan keçərək və elektron kabinet yaradaraq hərrac prosesində iştirak edə biləcəklər. Elektron hərracın keçirilməsi barədə şərtlər, portaldan istifadəyə dair təlimat və hərrac elanları portalın saytı və sosial şəbəkə hesablarında yerləşdiriləcək.

 

Hərrac proseslərinin rəqəmsallaşmış formada həyata keçirilməsi vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi