lider-media.az

İcma: Ermənistan hökumətindən azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik

Baxış: 461 Tarix: 13-10-2024, 18:35

Ermənistanın prezidenti Vahaqn Xaçaturyan ölkəsinin mətbuatına verdiyi müsahibəsində ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtması məsələsindən danışıb.Ermənistan rəhbərliyinin Azərbaycanın reinteqrasiya təklifindən imtina edib Qarabağdan köçüb getmiş ermənilərin qayıdışından danışdığı halda, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışından danışmaması absurddur. Bu, Ermənistan tərəfinin ayrı-seçkilik siyasətini açıq şəkildə göstərir.Bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Bəyanatda, həmçinin deyilir: "Ermənistan rəhbərliyinin qayıdış məsələsində qarşılıqlılıq prinsipini gözardı etməsini və azərbaycanlıların Ermənistana qayıdış hüququnu pozmasını qətiyyətlə qınayır, Ermənistan hökumətindən azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik".

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi