lider-media.az

Sabah da hava yağıntılı olacaq

Baxış: 245 Tarix: 13-10-2024, 11:53

Bakıda və Abşeron yarımadasında oktyabrın 14-də gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, gecə yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-21° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.

Lide-rMedia.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi