lider-media.az

Astarada polis "Narkomaniya və erkən nikahlara yox deyək!" mövzusunda məktəblilərlə görüş keçirib

Baxış: 421 Tarix: 12-10-2024, 11:02

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Astarada Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 nömrəli, Pensər kənd 2 nömrəli və Rinə kənd tam orta məktəblərində "Narkomaniya və erkən nikahlara yox deyək!" mövzusunda məktəblilərlə görüş təşkil olunub. 

Polis əməkdaşları və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin çıxışlarında sağlam cəmiyyətin varlığını təhdid edən narkomaniya ilə mübarizə sahəsində atılan qətiyyətli addımlardan danışılıb, erkən nikahların səbəb olduğu ağır nəticələrdən, bu kimi neqativ hallara qarşı görülən işlərdən söz açılıb.

Məktəblilərlə görüşlərdə həmçinin, DİN-in Polis Akademiyasına qəbul barədə ətraflı məlumatlar verilib, məktəblilərin sualları cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi