lider-media.az

DİN: Göyçay rayonu 1 saylı orta məktəbdə Narkomaniya, Erkən nigah və Kibercinayətkarlığa qarşı mübarizə mövzularında maarifləndirmə tədbiri keçirilib

Baxış: 664 Tarix: 11-10-2024, 13:43

Göyçay rayon Ləkçıplaq kənd 1 saylı orta məktəbdə “Narkomaniyaya yox deyək”, “Erkən nikahın fəsadları” və Kibercinayətkarlığa qarşı mübarizə” mövzularında maarifləndirmə tədbiri keçirilib. 

DİN Mətbuat Xidmətindən Lider-media.az-a bildirilib ki, RPŞ-nin rəisi, polis polkovniki Müqalib Abdıyev görüşdə narkotik vasitələrin  insan sağlamlığına və mənəviyyatına vurduğu zərbə, ondan qorunma yolları barədə şagirdlərə ətraflı məlumat verib, antinarkotik təbliğatının daha da gücləndirilməsi məqsədilə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. 
Tədbirdə erkən nikahın fəsadlarından və kibercinayətkarlığa qarşı mübarizə hallarından da söz açılıb, qeyd olunan mövzularla bağlı şagirdlərlə maarifləndirici söhbətlər aparılıb. 
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi