Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2020, № 6, maddə 803 (Cild I); 2024, № 2, maddə 235) ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.2.2-ci və 6.1.3-cü yarımbəndlərdə “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 1.2.7-1-ci, 6.1.8-1-ci və 6.1.8-2-ci yarımbəndlər əlavə edilsin:
“1.2.7-1. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi;”;
“6.1.8-1. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi:
1. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq dini təhsil müəssisələrinin proqramlarına erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzular daxil edir;
2. dini təhsil müəssisələrində təhsilalanların, habelə din xadimləri tərəfindən gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılması üzrə tədbirlərin həyata keçirilməsini təşkil edir.
6.1.8-2. Yerli icra hakimiyyəti orqanları gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran tədbirlər keçirir.”.
3. 1.2.11-ci yarımbənddə və 7.1-ci bənddə “Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası” sözləri “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” sözləri ilə əvəz edilsin.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri.
Bakı şəhəri, 10 oktyabr 2024-cü il
№ 452
« Август 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |