lider-media.az

“Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans keçirilir

Baxış: 313 Tarix: 11-10-2024, 11:04

Oktyabrın 11-də Bakı Biznes Mərkəzində “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans keçirilir.

Lider-media.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə gerçəkləşən konfransda qurumun İdarə Heyətinin üzvləri, Medianın İnkişafı Agentliyinin rəhbərliyi, media subyektlərinin baş redaktorları iştirak edirlər.

Konfransda siyasi ideoloji müstəvidə Azərbaycana qarşı aparılan informasiya müharibəsi və cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsində medianın rolu, dezinformasiya ilə mübarizədə tətbiq edilən mexanizmlər - inzibati və hüquqi modellər, Azərbaycan mediasının rəqəmsal transformasiyası şəraitindəki üstünlüklər və çatışmazlıqlar, sosial media ilə rəqabətdə mediadan gözləntilər, ölkə mediasında beynəlxalq jurnalistika trendlərinin tətbiqi problemləri mövzularında çıxışlar və təqdimatlar nəzərdə tutulub.

Tədbirdə aparılacaq müzakirələrin yekununda, həmçinin Azərbaycan mediasına zəruri mesajların əksini tapacağı tövsiyə mətninin də açıqlanacağı planlaşdırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi