lider-media.az

Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşüb

Tarix: 10-10-2024, 20:44

Tacikistan Respublikasının Konstitusiyasının qəbul olunmasının 30-cu ildönümü münasibətilə təşkil olunan Beynəlxalq Parlament Konfransında iştirak edən Milli Məclisin sədri Sahibə Qafarova və digər ölkələrin parlament nümayəndə heyətlərinin rəhbərləri Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüblər.

Lider-media.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Qonaqları salamlayan Tacikistan Prezidenti bu beynəlxalq konfransın əhəmiyyəti barədə fikirlərini bildirib. O, Konstitusiyanın qəbulunun Tacikistanın inkişafında, o cümlədən ölkədə parlamentarizm ənənələrinin möhkəmlənməsində rolu haqqında danışıb. O, Konstitusiyanın qəbulunu ölkədə siyasi islahatların və dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda ilk və davamlı addımlardan biri kimi qiymətləndirib.

Emoməli Rəhmon, həmçinin ölkələr arasında əməkdaşlığın mühüm aspektləri, o cümlədən mədəni və tarixi oxşarlığa əsaslanan humanitar əlaqələr haqqında fikirlərini bildirib, ölkələrimizin qanunvericilik orqanlarının bu prosesin konstruktiv inkişafına ciddi töhfələr verə biləcəyini vurğulayıb.

Söhbət zamanı parlamentlərin beynəlxalq və regional parlamentlərarası strukturlar çərçivəsində əməkdaşlığına da diqqət yetirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi