lider-media.az

Bakıda “INMerge İnnovasiya Sammiti” keçirilir

Baxış: 290 Tarix: 10-10-2024, 10:54

Bakıda “PAŞA Holdinq”in təşkilatçılığı ilə “INMerge İnnovasiya Sammiti” (INMerge Innovation Summit 2024) işinə başlayıb.

Lider-media.az AZƏRTAC-a istinadla xəbər verir ki, ikigünlük sammitdə müasir texnologiya və biznesin gələcəyini formalaşdıran müxtəlif transformativ sahələr diqqət mərkəzində olacaq.

Müzakirə olunacaq mövzular sırasında “fintech”, telekommunikasiya, e-ticarət, süni intellekt, marketinq, “insurtech” kimi önəmli və hazırda trend hesab edilən mövzular olacaq.

Bundan əlavə, “yeni iqtisadiyyat” vertikalında qabaqcıl texnologiyaların istehsal innovasiyasını necə idarə etdiyi kimi mövzular müzakirə olunacaq.

Qeyd edək ki, AZƏRTAC “PAŞA Holdinq”in təşkilatçılığı ilə keçirilən sammitin informasiya tərəfdaşıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi