lider-media.az

Jurnalistlər üçün təlim

Tarix: 9-10-2024, 13:46

İnnovasiya və sürət lideri “Bakcell” media nümayəndələri üçün “Media İnnovasiya Günü” adlı təlim təşkil edib. Tədbirə ölkənin aparıcı media qurumlarını təmsil edən 30-dan çox jurnalist qatılıb.

Təlimdə süni intellektin tətbiqi, innovasiya, brend inkişafı, ekosistemlər, yeni texnologiyalar və innovativ həllər mövzusunda təqdimatlar və interaktiv sessiyalar keçirilib.

Tədbir zamanı, həmçinin jurnalistlərin süni intellekt, yüksək texnologiyalar və innovasiyalarla bağlı sualları cavablandırılıb, bu mövzularda müzakirələr aparılıb. Proqram intelektual oyunlar və əyləncə bölümü ilə davam edib.

Qeyd edək ki, “Bakcell” 2015-ci ildən etibarən hər il davamlı olaraq media nümayəndələri üçün innovasiya və texnologiyalara dair təlimlər təşkil edir.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.

“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi