lider-media.az

İşğaldan azad olunmuş Hadrut qəsəbəsi

Tarix: 9-10-2024, 09:41

Hərbi cəhətdən mühüm strateji əhəmiyyətə malik olan Hadrut qəsəbəsi Dağlıq Qarabağ bölgəsinin Xocavənd rayonuna daxildir. Hadrut qəsəbəsinin tarixi haqqında məlumatı təqdim edir.

Hadrut qəsəbəsi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib. 9 oktyabr 2020-ci ildə isə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində işğaldan azad edilib.

Qəsəbənin adı İran dillərindəki ha (ara), du (iki) və rud (çay) komponentlərindən düzəlib, "iki çayın arası" mənasındadır. Qəsəbənin adı fars dilində "hədi dü rud", yəni "iki çay arası" mənasına gəlir. Hadrut qəsəbəsinin 1939-cu ilədək adı Dizaq olub. Qozluçayın dərəsində, Arqu dağının ətəyində yerləşir. XIX əsrdə isə qəsəbənin adı Ağoğlan kimi qeydə alınıb.

10 sentyabr 1939-cu ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə respublikanın ərazi-inzibati bölgüsündə bir sıra dəyişikliklər edilib. Belə ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizak və Corabərt rayonları Hadrut və Mardakert rayonları adlandırılıb.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi