lider-media.az

Hansı şəhərimiz MDB-nin mədəniyyət paytaxtı olacaq?

Baxış: 246 Tarix: 7-10-2024, 19:56

Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusunu alacaq.Bunu Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə deyib. Onun sözlərinə görə, MDB liderlərinin Moskva sammitində humanitar məsələlər bloku çərçivəsində Azərbaycanın Laçın şəhərinə 2025-cı ildə, Ermənistanın Mehri şəhərinə 2026-ci ildə, Belarusun Molodeçno şəhərinə isə 2027-ci ildə birliyin mədəniyyət paytaxtı statusunun verilməsi ilə bağlı qərar layihələrini nəzərdən keçiriləcək.

Qeyd edək ki, 2024-cü ildə Özbəkistanın Səmərqənd şəhəri MDB-nin mədəniyyət paytaxtı statusuna layiq görülüb.

Lider-Media.az

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi