lider-media.az

Elm və Təhsil Nazirliyi və “STEAM Azərbaycan”ın dəstəyi ilə “Teknofest”də iştirak edən Azərbaycan komandası yarışın qalibi olub

Baxış: 565 Tarix: 7-10-2024, 16:34

Türkiyənin Adana şəhərində "Teknofest" yarışının mükafatlandırılma mərasimi keçirilib.
 

Elm və Təhsil Nazirliyindən Lider-media.az-a bildirilib ki, tədbirdə Türkiyə Respublikasının Prezidenti Recep Tayyip Erdoğan da iştirak edib. Bildirilib ki, “Teknofest” yarışı 2018-ci ildən başlayaraq hər il Türkiyənin müxtəlif şəhərlərində keçirilir. Bu il isə ötən illərə nisbətdə 50 kateqoriya üzrə 1,6 milyondan çox iştirakçı qeydiyyatdan keçib.
 

Sonda qalib komandalara mükafatlar təqdim edilib. 
 

Məlumat üçün bildirək ki, 1-ci yerə layiq görülən Həmid Məmmədli və Toğrul Abbasov Elm və Təhsil Nazirliyi və STEAM Azərbaycan layihəsinin dəstəyi ilə yarışda iştirak ediblər. 
 

Qeyd edək ki, "Teknofest" ilk dəfə 2018-ci ildə keçirilib. Türkiyədə milli texnologiya hərəkatı adını alan tədbirin məqsədi hər il texnologiyalar sahəsində yeni nailiyyət və rekordlara imza atmaqdır."Teknofest" dünyanın ən böyük texnologiya, mülki və hərbi aviasiya festivalıdır.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi