lider-media.az

Şəhidin dördüncü ildönümü münasibətilə məzarı ziyarət olunub

Baxış: 222 Tarix: 7-10-2024, 14:57

İkinci Fəxri xiyabanda 44 günlük Vətən mühairbəsi şəhidi baş çavuş Tağıyev Hüseyn Oktay oğlunun şəhadətinin dördüncü ildönümü münasibətilə məzarı ziyarət olunub.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Yasamal Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Tağıyev Hüseyn Oktay oğlu şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi