lider-media.az

Kamran Həbibov: “Azərbaycan regional ticarət qovşağına çevrilməlidir”

Baxış: 334 Tarix: 7-10-2024, 11:57

 


“Son vaxtlar logistika sahəsində ləngimələr var. Buna əsas səbəb isə dünyadan gedən siyasi proseslərdir. Bu ənənəvi logistik marşurutları pozub”.

Lider-media.az xəbər verir ki, bunu Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətlərinin Assosiasiyasının sədri Kamran Həbibov "KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda deyib. 

Onun sözlərinə görə, dəmir və avtoyolların təzələnməsi, inkişaf etdirilməsi əsas prioritet planları var. Düşünürəm ki, artıq logistika sahəsində növbəti mərhələyə keçməliyik. Azərbaycan regional ticarət qovşağına çevrilməlidir. Bunun birbaşa tranzitdən fərqi isə odur ki, bütün qlobal istehsalçılar Azərbaycana cəlb olunmalıdır ki, burada qlobal anbar yaradılsın. Paylama nöqtəsi məhz Azərbaycan olmalıdır. 

Qeyd edək ki, KOBİA-nın təşkilatçılığı ilə keçirilən forumda idxal-ixrac əməliyyatları ilə bağlı mövcud vəziyyət və imkanlar, KOB-ların ixracda payının artırılması və ticarət sahəsində əməkdaşlıq perspektivləri müzakirə ediləcək. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi