lider-media.az

Stolüstü Tennis yarışında qalib gələnlər mükafatlandırılıb

Baxış: 460 Tarix: 6-10-2024, 09:14


 

Oktyabrın 5-də dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis yarışı keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 21 dövlət qurumu təmsil olunub.

“Şüa” İdman Kompleksində təşkil olunan yarışda qadınlar arasında Svetlana Kayumova (SOCAR) fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Yeganə Əlizadə (Müdafiə Nazirliyi) və Nərgiz Daşdəmirova (SOCAR) müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.

Kişilər arasında Əli Bayramov (Fövqəladə Hallar Nazirliyi) bütün rəqiblərini qabaqlayaraq birinci olub. Yaşar Mövlanov (Dövlət Turizm Agentliyi) yarışı ikinci, Vüqar İbrahimov (FHN) isə üçüncü pillədə başa vurublar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi