lider-media.az

Qarabağ Universitetinin tələbəsi Prezident təqaüdünə layiq görülüb

Baxış: 326 Tarix: 5-10-2024, 17:33

“2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 102 istedadlı gənc Prezident təqaüdünə layiq görülüb.
Universitetin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Lider-media.az-a bildirilib ki, qürurverici haldır ki, bu gənclər arasında Qarabağ Universitetinin tələbəsi Nəsirova Zenfira Rəşadət qızı da vardır.
 Zenfiranı, onun müəllimlərini və valideynlərini ürəkdən təbrik edir, yüksək intellektli tələbəmizə məhz Qarabağ Universitetini seçdiyinə görə bir daha minnətdarlığımızı bildiririk.
 Qeyd edək ki, ilk Prezident təqaüdçümüz olan Zenfira Qarabağ Universitetinə 684 bal toplayaraq qəbul olub.
 Növbəti illərdə Qarabağ Universiteti tələbələri arasında Prezident təqaüdçülərinin sayının davamlı artacağına inanırıq.
 Tələbələrimizlə fəxr edirik!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi