lider-media.az

B. H. Rzayevə şiddətli töhmət elan edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı

Baxış: 493 Tarix: 5-10-2024, 15:33

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq:

1. 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Əli Əsədov,

Azərbaycan Respublikasının Baş naziri.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi