lider-media.az

Bakıda “Art Plast” layihəsi təqdim edildi

Baxış: 450 Tarix: 4-10-2024, 10:05


 


"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Xəzərin irsi" silsiləsindən olan "Daha az plastik, daha çox həyat təmiz dəniz üçün birlikdə!" devizi ilə “Azerbaijan Shipping Company”nin (ASCO) reallaşdırdığı "Art Plast" layihəsinin təqdimatı olub.

Lider-media.az xəbər verir ki, ASCO-nun "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun və "Bibiheybət" Gəmi Təmiri Zavodunun bir qrup əməkdaşının gərgin əməyi hesabına ərsəyə gələn bu "eko-art"lar ətraf mühiti təmiz saxlamağın əhəmiyyətinə, plastik çirklənməsinin ekosistem üçün təhlükələrinə, xüsusilə dəniz canlılarının qorunmasının vacibliyinə diqqət çəkməklə yanaşı, tullantıların istifadəyə yararlı məhsullara çevrilməsinin, hətta onlardan sənət əsərləri yaratmağın mümkünlüyünü əyani formada nümayiş etdirir. Xanı balığı formasındakı unikal installyasiya isə həm də plastik tullantıların atılması üçün şəhər sakinləri və turistlərin ixtiyarına veriləcək, burada toplanan tullantılar mütəmadi olaraq təkrar emala göndəriləcək.

Qeyd edək ki, tədbir çərçivəsində "Suraxanı" gəmi-muzeyində "Açıq Qapı Günü" elan olunub və ziyarətçilər üçün tullantıların təkrar emala çevrilməsi mövzusunda xüsusi master-klass keçiriləcək. Həmçinin qonaqlar üçün maraqlı musiqili proqram təqdim ediləcək.

Töhfə Səməd


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi