lider-media.az

Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edildi

Baxış: 506 Tarix: 3-10-2024, 18:09

Azərbaycan Yerüstü Nəqliyyat Agentli (AYNA) tərəfindən paytaxtın Yusif Səfərov küçəsində mikromobillik zolaqlarının təşkilinə başlanılıb. Bu zolaq şəhərin mərkəzini “Xətai” metrostansiyası, Xocalı prospekti, Fəzail Bayramov, Həmid Abbasbəyli, Afiyəddin Cəlilov və Yusif Səfərov küçələri ilə əlaqələndirəcək.

Hazırda zolağın uzunluğu 430 metrə yaxındır. Görülən işlər çərçivəsində velosiped zolağı Həmid Abbasbəyli küçəsinədək (“Sevirəm” parkının yanı) uzanacaq və təxminən 850 metr təşkil edəcək. 

Qeyd edək ki, Xocalı prospekti, “Sevirəm” parkı və 28 May küçəsini əlaqələndirən  mikromobillik vasitələri üçün yeni zolaq Yusif Səfərov küçəsində şəbəkənin ən vacib hissələrindən biridir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi