lider-media.az

Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanışlıq YENİLƏNİB

Baxış: 673 Tarix: 3-10-2024, 18:39

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub.

Lider-media.az xəbər verir ki, Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına kompleksdə yaradılacaq şərait barədə məlumat verdi.

Qeyd edək ki, Zəngilanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Kompleksdəki hotel binasının təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

Hotel binasında 111 nömrə, konfrans, iclas və ziyafət zalları, fitnes və spa mərkəzləri, qapalı və açıq hovuzlar, restoran və uşaq əyləncə mərkəzləri yaradılacaq. İstirahət kompleksinin ərazisində, həmçinin 10 kottec də qonaqların istifadəsinə veriləcək.

Hoteldə 70 nəfərdən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub.

Kompleksin ərazisində üzüm və digər meyvə bağları salınacaq.

Bir sözlə, müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi hotel kompleksi müasir standartlar səviyyəsində inşa olunur. Rayona səfərə gələnlərin rahatlığı üçün burada hər cür şərait yaradılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi