lider-media.az

Baronessa Emma Nikolson: Azərbaycanın COP29-a çox gözəl ev sahibliyi edəcəyini düşünürəm

Baxış: 385 Tarix: 24-02-2024, 17:06


"Mən COP29-un Azərbaycanda keçiriləcəyi üçün çox həyəcanlı və xoşbəxtəm. Bakı tez-tez, demək olar ki, ildə bir neçə dəfə nəhəng tədbirlərə ev sahibliyi edir. Bu səbəbdən, Azərbaycanın COP29-a da çox gözəl ev sahibliyi edəcəyini düşünürəm".

Bu sözləri, Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson AZƏRTAC-ın Londondakı xüsusi müxbirinə açıqlamasında deyib. Baronessa Nikolson bildirib ki, Azərbaycan xalis sıfır emissiya hədəfinə nail olmaq üçün çoxlu işlər görür.

"Azərbaycan çox gözəl ölkədir. O, həmçinin Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkədir. Başqa ölkələrin Azərbaycan haqqında bilmədiyi çoxlu faktlar var. Azərbaycan artıq iqlim dəyişikliyi ilə bağlı nailiyyətlərdə də ilk sıralardadır və bu sahədə BP ilə sıx əməkdaşlıq edir. COP29-un Azərbaycanda keçirilməsi çox həyəcanvericidir",- deyə o qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi