lider-media.az

Müəllimlər Günü ilə bağlı məktəblərə təlimat göndərilib

Baxış: 259 Tarix: 1-10-2024, 12:49

 

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə bütün təhsil işçilərini təbrik edir, bu şərəfli və məsuliyyətli işdə hər birinizə uğurlar arzulayırıq!

Bildiyiniz kimi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları” təsdiq edilmişdir. Bu Qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasıdır. Bununla yanaşı məqsədimiz təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir.

Qeyd edilənləri nəzərə alaraq, 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı Agentliyin yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssiələrinə Təlimat göndərilib, müvafiq tapşırıqları verilib. 

Bildiririk ki, valideynlər tərəfindən hər hansı maddi və qeyri - maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair kimi halların baş verməsi yolverilməzdir.
Verek


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi