lider-media.az

Çimərlikdə voleybol üzrə Avropa Kuboku baş tutacaq

Baxış: 228 Tarix: 1-10-2024, 12:02

 
Çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında Avropa Kuboku (CEV Beach Volley European Cup) keçiriləcək.

Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən klublar arasında təşkil olunan yarışa Fransanın Montpellier şəhəri ev sahibliyi edəcək. 10-13 oktyabr tarixlərində keçiriləcək Avropa Kubokunda ölkəmizi “AZERRAIL” klubunun qadın və kişi komandaları təmsil edəcək.
Qaydalara əsasən yarışda iştirak edən hər klub 2 komanda ilə və minimum 4, maksimum 6 oyunçu ilə təmsil oluna bilər. Qrup birinciləri birbaşa yarımfinala yüksəlir. İkinci və üçüncü yerin sahibləri isə öz aralarında (A2-B3, A3-B2) daha bir oyun keçirəcəklər.
Qeyd edək ki, 2023-cü ildə ilk dəfə Türkiyədə keçirilən çimərlik voleybolu üzrə Avropa Kubokunda (CEV Beach Volley European Cup) ölkəmizi təmsil edən “Murov Az Terminal” klubunun kişi komandası çempion olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi