lider-media.az

Azərbaycan Kaliforniyada təmsil olundu

Baxış: 211 Tarix: 1-10-2024, 12:00

 

Kaliforniyada yerləşən Kupertino Memorial Parkında Tayvan Mədəniyyət və İdman Assosiasiyası (TCSA) tərəfindən Beynəlxalq Uşaq Əyləncə Festivalı təşkil edilib.

Lider-media.az Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, iyirmi min ziyarətçinin qatıldığı festivalda Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyəti (ACSNC) ölkəmizi xüsusi stendlə təmsil edib. 

Ziyarətçilər Azərbaycan milli şirniyyatları, yeməkləri, adət-ənənələri, mədəniyyəti, tarixi, coğrafiyası ilə tanış olublar. Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyətinin nəzdində fəaliyyət göstərən uşaqlardan ibarət Azərbaycan Gənclər Rəqs Ansamblının üzvlərinin səhnədə ifa etdikləri “Ağ çiçəyim” rəqsi qonaqlarda böyük maraq və rəğbət doğurub.

Kupertino Memorial Parkda keçirilən Beynəlxalq Uşaq  Əyləncə Festivalına dəvət etdikləri üçün Tayvan Mədəniyyət və İdman Assosiasiyasına (TCSA) Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti (ACSNC) adından minnətdarlıq ifadə olunub.

Qeyd edək ki, Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyəti (ACSNC) artıq 40 ildən çoxdur fəaliyyət göstərir. Təşkilat Vətəndən uzaqda olan soydaşlarımız üçün mədəni və maarifləndirici tədbirlər təşkil etməklə, mədəniyyətimizi, tariximizi, irsimizi Amerika cəmiyyətində tanıtmaq missiyasını yerinə yetirir. Komitənin dəstəyi ilə Cəmiyyətin tərkibində fəaliyyət göstərən Azərbaycan Gənclər Rəqs Ansamblında milli rəqs dərsləri keçirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi