Prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə gedib çıxır. 1918-ci il noyabrın 18-də Nazirlər Şurası tərəfindən təsdiq edilmiş "Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə" ilə prokurorluq orqanlarının təməli qoyulmuşdur. Xalq Cümhuriyyəti dövründə Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Ələkbər bəy Səfikürdski və Teymur bəy Makinski kimi görkəmli şəxsiyyətlər ədliyyə naziri və baş prokuror vəzifələrində fəaliyyət göstərmişlər. Bu şəxslər həm Azərbaycanın məhkəmə və hüquq sisteminin formalaşmasında, həm də ölkənin müstəqilliyinin qazanılmasında əvəzsiz rol oynamışlar. Lakin Cümhuriyyətin süqutundan sonra bir çox dövlət təsisatları kimi bu qurum da ləğv edilmişdir.
Azərbaycan Prokurorluğunun keçdiyi 106 illik tarix şərəfli və çətin yol ilə müşayiət olunmuşdur. Müstəqilliyini yenidən bərpa edən Azərbaycan dövləti öz inkişaf yolunda ciddi sınaqlarla üz-üzə qalmışdır. 1990-cı illərin əvvəllərində ölkədə xaos, qeyri-sabitlik və siyasi hərc-mərclik hökm sürürdü. İdarəetmə strukturları zəifləmiş, iqtisadi böhran və sosial narazılıq genişlənmişdi. Erməni təcavüzü gündən-günə daha da güclənir, ordu sıralarında fərarilik halları artır, müxtəlif bölgələrdə qarışıqlıqlar baş verirdi. Bu böhran vəziyyəti ölkədə ciddi bir hakimiyyət boşluğu yaratmış, müxtəlif bölgələrdə ayrı-ayrı şəxslər və qruplar arasında hakimiyyət uğrunda mübarizə alovlanmışdı. 1993-cü ilin yayında Azərbaycan faktiki olaraq vətəndaş müharibəsi astanasında idi. Lakin ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə vəziyyət dəyişməyə başladı. Ümummilli liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dövlətçilik əsasları, hüquq sistemi yenidən bərpa edildi. Bu dövrdə Azərbaycan Prokurorluğunda da digər dövlət orqanları ilə yanaşı, ciddi islahatlar keçirildi. Prokurorluq orqanları hüquqi və demokratik dövlətin əsas sütunlarından birinə çevrildi, onun tərkibində dövlətçiliyə sadiq, peşəkar və qanunun aliliyini hər şeydən üstün tutan kadr korpusu formalaşdırıldı.
Prokurorluq orqanları təkcə cinayətkarlıqla mübarizədə deyil, eyni zamanda vətəndaş hüquqlarının müdafiəsi, sosial ədalətin təmin olunması və hüquq qaydalarının qorunmasında mühüm rol oynayır. Bugünkü prokurorluq əməkdaşları işin məsuliyyətini dərk edərək qanunçuluğu qorumaq və cəmiyyətin hüquq qaydalarına inamını artırmaq üçün yorulmadan çalışırlar. Onların peşəkarlığı və qanunçuluğa sadiqliyi ölkənin hüquq sisteminin daha da güclənməsinə və demokratik prinsiplərin möhkəmlənməsinə töhfə verir.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş islahatlar nəticəsində prokurorluq orqanlarının cəmiyyətimizdə rolu daha da artmışdır. Prokurorluq dövlətçiliyimizin möhkəmləndirilməsi, qanunçuluğun təmin olunması və cinayətkarlığa qarşı mübarizədə dövlətin aparıcı orqanlarından biridir. Prokurorluq əməkdaşları dövlətçiliyə sadiq kadr kimi formalaşaraq, cəmiyyətin inkişafına və hüquqi dövlətin qurulmasına xidmət edirlər. Bu baxımdan, prokurorluq işçilərinin peşə bayramı onların hər biri üçün öz peşəkar missiyalarına daha böyük sədaqətlə xidmət etməyə çağırışdır.
Sentyabrın 29-da Bakı Konqres Mərkəzində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirildi. Mərasimdə müxtəlif ölkələrin Baş prokurorları və digər yüksəkvəzifəli şəxsləri də daxil olmaqla, 95 ölkədən 465-dən artıq şəxs iştirak edirdi. İlk olaraq baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mərasim iştirakçılarına 29-cu İllik Konfrans və Ümumi Yığıncağın açılışı ilə bağlı müraciətini çatdırdı.

Müraciətdə deyilir: “Biz Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndirir və bu tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində səylərin gücləndirilməsini vacib hesab edirik. Azərbaycanda prokurorluq orqanlarında mütərəqqi islahatlar həyata keçirilmiş, ölkədə qanunun aliliyi, fundamental hüquq və azadlıqlar tam təmin olunmuşdur. Ölkəmizin hüquq-mühafizə orqanları beynəlxalq səviyyədə transmilli cinayətkarlıq, terrorizm, separatizm, qaçaqmalçılıq, çirkli pulların yuyulması, narkotiklərin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, qanunsuz miqrasiya və s. qarşı mübarizəyə öz mühüm töhfəsini verir və bu istiqamətdə beynəlxalq əməkdaşlığı dəstəkləyir”.
Baş prokuror Kamran Əliyev çıxış edərək böyük coğrafiyanı əhatə edən Beynəlxalq Prokurorlar Assosiasiyasına üzv dövlətlərin hüquq-mühafizə orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğuladı. Baş prokuror dostluq təməlləri əsasında keçiriləcək Assosiasiyanın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının regional təhlükəsizliyə, cinayətkarlığın bütün növlərinə qarşı birgə mübarizəyə xidmət edəcəyini, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacağını bildirdi.
Tədbirdə Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidmətinin Baş prokuroru Juan Bautista Mahiques Assosiasiyanın gələcək strategiyası, hədəfləri barədə məlumat verdi. Natiq 29-cu İllik Konfransın və Ümumi Yığıncağın fəaliyyətə başlaması münasibətilə iştirakçıları təbrik edərək, uğurlar arzuladı. Juan Bautista Mahiques qonaqpərvərliyə, Assosiasiyanın işinə verilən dəyərli töhfə və daimi dəstəyə görə baş prokuror Kamran Əliyevə təşəkkür etdi. Konfrans 2 oktyabr tarixinədək davam edəcək.
Onu da qeyd edək ki, Bakıda keçiriləcək COP29 zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi - UNODC ilə birgə noyabrın 15-də “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil olunacaq.

Göründüyü kimi, beynəlxalq çərçivədə prokurorluğun ilk və yeganə təşkilatının 29-cu illik konfransının Azərbaycanda baş tutması ölkəmizdə hüquq sisteminin mütəşəkkilliyini bir daha sübut edir. Keçmişdən günümüzə qədər daim inkişaf edən ədalət sisteminin bundan sonra da daha böyük uğurlar gətirəcəyi şübhəsizdir.


Lider-media.az.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb