lider-media.az

“Məktəblərdə ekologiya ayı” layihəsinə start verilir

Baxış: 583 Tarix: 30-09-2024, 16:47

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik” ili elan olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin oktyabr ayı ərzində “Məktəblərdə ekologiya ayı” layihəsinə start verilir.

Nazirlikdən Lider-media.az-a bildirilib ki, layihənin məqsədi ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi, yaşıl enerji növlərinin yaradılması istiqamətində uşaq və gənclərin maarifləndirilməsi, eləcə də gənc istedadları üzə çıxarmaqdan ibarətdir.

Layihə çərçivəsində ümumi təhsil müəssisələrində "dəyirmi masa"lar, debatlar, məqalə və kitablarla tanışlıq işinin təşkili, ədəbi-bədii kompozisiyalar, sinif təşkilat saatları, seminar və müsabiqələrin keçirilməsi, məktəblərdə ekoloji guşələrin yaradılması, bədii və sənədli filmlərin nümayişi nəzərdə tutulub.

Qeyd edək ki, noyabr ayında layihənin yekun tədbirinin keçirilməsi planlaşdırılır.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi