lider-media.az

Prokurorluq işçiləri “Akademik hüquqi yazı” mövzusunda təlimə cəlb edilib

Baxış: 340 Tarix: 23-02-2024, 14:10

Prokurorluğun elmi potensialının gücləndirilməsi, təcrübədə rast gəlinən problemlərə sistemli, elmi-əsaslandırılmış həlli yollarının tapılması, prokurorlar arasında peşəkar elmi debatların təşfiq edilməsi daim diqqət mərkəzində saxlanılır.

  Prokurorluq işçilərinin elmi yazı qabiliyyətlərininin formalaşdırılması məqsədilə cari ilin fevral ayının 21-də Baş Prokurorluqda hibrid formatda təşkil olunmuş tədbirə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının professoru, hüquq elmləri doktoru Əmir Əliyev və İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Gülnaz Rzayeva təlimçi qismində cəlb olunub.

  Təlim çərçivəsində 55 nəfərdən ibarət dinləyici auditoriyasına (25 nəfər əyani, 30 nəfər distant) “Uğurlu akademik yazının hazırlanması mərhələləri” “Akademik yazı üçün vacib şərtlər”, “Akademik yazının səciyyəvi xüsusiyyətləri” və sair mövzularda mühazirələr tədris edilərək, dinləyicilərin sualları cavablandırılmışdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi