lider-media.az

Məktəblilər kosmosla birbaşa əlaqə qurdu

Baxış: 707 Tarix: 28-09-2024, 13:59

 
Dünya Məktəbində (Xəzər Universiteti) Azərkosmosun təşkilatçılığı ilə Azərbaycanda üçüncü
dəfə Ümumdünya Kosmos Həftəsi ("World Space Week") çərçivəsində ilk tədbir keçirilib.

Lider-media.az xəbər verir ki, görüşün məhz sentyabrın 28-də keçirilməsinin əsas səbəbi dalğaların uyğun kəsişməsidir.

Tədbirdə məktəblilərlə yanaşı, media nümayəndələri də iştirak edib. Görüş çərçivəsində kosmosla yanaşı, “Azərspace 1” və “Azərspace 1” peykləri haqqında məlumat verilib.

Daha sonra Beynəlxalq Kosmik Stansiya ilə birbaşa əlaqə qurulub. Bu zaman stansiyaya üç uçuş etmiş və rekord vuran amerikalı astronavt Sunita Uilyams sualları cavablamdırıb.

Əlaqə Azərbaycan Radiohəvəskarlar Cəmiyyəti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin birgə təşkilatçılığı ilə yaradılıb.

Qeyd edək ki, əsas tədbirlər 4-10 oktyabr tarixlərində başlayacaq. Gənclərin kosmos sahəsinə marağını artırmaq, onları məlumatlandırmaq və yeni innovativ kosmik ekosistemin inkişafına töhfə vermək məqsədilə 20-dən çox tədbirin keçirilməsi planlaşdırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi