lider-media.az

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Parkında olub

Baxış: 501 Tarix: 27-09-2024, 15:18



Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlamasından dörd il ötür. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Ordumuzun şücaəti ilə doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə vətənpərvərlik, qətiyyət və həmrəyliyin təntənəsidir. 27 Sentyabr - Anım Günündə İqtisadiyyat Nazirliyinin kollektivi Vətən müharibəsində əldə edilmiş şanlı qələbənin, Zəfər tariximizin əbədiləşdirilməsi və şəhidlərimizin əziz xatirəsinə ehtiramın növbəti ifadəsi olan Zəfər Parkında olublar.

Parkdakı xatirə daşının önünə gül dəstələri düzülüb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımız dərin hörmətlə yad edilib.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi