lider-media.az

“Rəqəmsal bacarıqlar” layihəsi 500 min şagirdi əhatə edir

Baxış: 306 Tarix: 25-09-2024, 12:44

Elm və Təhsil Nazirliyi ilə “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinin 2024-2025-ci tədris ilində əhatə dairəsi daha da genişləndirilib. 
 

Nazirlikdən Lider-media.az-a bildirilib ki, yeni tədris ilindən işğaldan azad olunmuş ərazilərdə də tətbiqinə başlanılan layihə çərçivəsində ölkə üzrə məktəb sayı 762-yə çatdırılıb, onlardan 230-u layihəyə yeni cəlb olunub. Layihə ölkənin 57 şəhər və rayonunda 6000 müəllim, 500 000 şagirdi əhatə edir. 
 

Bundan başqa, bu il 30-dan çox məktəbdə informatika fənninin dərindən tədris olunduğu, ixtisaslaşdırılmış “Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul imtahanı keçirilib. 826 şagird yeni tədris ilində bu siniflərə qəbul olunub. Ümumilikdə, bu il “Rəqəmsal bacarıqlar” təmayüllü 10-11-ci siniflərdə 1370 şagird təhsilinə davam edəcək.
 

Qeyd edək ki, layihənin məqsədi şagirdlərə alqoritmik və məntiqi təfəkkür, layihə hazırlama bacarıqları, həmçinin proqramlaşdırmanın əsaslarını öyrətməkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi