lider-media.az

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elanı

Baxış: 191 Tarix: 23-09-2024, 17:40

  Azərbaycan Respublikasının Baş Prokurorluğunda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edilir. 

  Müsahibədə iştirak etmək istəyən namizədlər 22 oktyabr 2024-cü il saat 18:00-dək Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

  Müsahibəyə təqdim edilmiş vakant vəzifə barədə buradan https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=553 məlumat əldə edə bilərsiniz.

  Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

  Müsahibə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən (www.dim.gov.az) əldə edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi