lider-media.az

Anadolu Agentliyi: "Türkiyə-Azərbaycan Universitetində ilk dərslər başladı"

Baxış: 210 Tarix: 23-09-2024, 13:10

 

Azərbaycan Texniki Universiteti, Orta Doğu Texniki Universiteti (ODTÜ), İstanbul Texniki Universiteti (İTU) və Hacettepe Universitetinin tərəfdaşlığı ilə fəaliyyətə başlayan TAU ilk tələbələrini qarşılayıb.

Lider-media.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb. 

İlk dərslərinin həyəcanı ilə məktəbə erkən gələn tələbələri kafedra müəllimləri qarşılayıblar. Hər bir tələbə öz bölməsinə uyğun olaraq müvafiq akademiklərlə görüşüb. Akademiklərdən öz bölmələri və kursları haqqında məlumat alan tələbələr fakültənin professor-müəllim heyəti və inzibati heyətlə görüşüblər.

ODTÜ-nün dəstəyi ilə kompüter mühəndisliyi, İTU-nun dəstəyi ilə sənaye mühəndisliyi, Hacettepe Universitetinin dəstəyi ilə qida mühəndisliyi ixtisasları üzrə təhsil alacaq 86 tələbə TAU-da ilk dərslərinə qatılıb.

Xatırladaq ki, 19 fevral 2024-cü il tarixində Ankarada Azərbaycan Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Ali Təhsil Şurası (YÖK) arasında “Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb. 

Universitetdə təhsil sahələrində ixtisaslı kadrların hazırlanması və hər iki ölkənin elmi tədqiqat potensialının bir araya gətirilməsi məqsədi daşıyır.

YÖK tərəfindən müəyyən edilən köklü türk universitetlərinin önlisans, bakalavr və magistratura proqramlarının həyata keçiriləcəyi Türkiyə-Azərbaycan Universiteti yeni ali təhsil modeli kimi beynəlxalq tələbələrə müraciət edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi