lider-media.az

Pakistanda Rusiya səfirini müşayiət edən avtomobil minaya düşüb

Baxış: 576 Tarix: 22-09-2024, 20:29

Pakistanda Rusiya səfirini müşayiət edən avtomobil minaya düşüb

Rusiyanın Pakistandakı səfiri Albert Xoryevi müşayiət edən avtomobil minaya düşüb.

Lider-media.az TASS agentliyinə istinadla xəbər verir ki, nəticədə bir neçə polis yaralanıb, Rusiya diplomatları xəsarət almayıb.

Səfirlikdən verilən məlumata görə, A.Xorev bir sıra ölkələrin səfirlərindən ibarət nümayəndə heyətinin tərkibində Şimali Pakistana səfər edib. O, Pakistan Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Pakistanın Hayber-Paxtunxva əyalətinin Svat vadisində turizmin inkişafına dair forumda iştirak edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi