lider-media.az

İranda kömür mədənində partlayış baş verib, 50 nəfər ölüb

Baxış: 663 Tarix: 22-09-2024, 14:10

İranda kömür mədənində baş verən partlayış nəticəsində azı 50 nəfər ölüb

İranın şimal-şərqindəki Tebes şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində azı 50 nəfər ölüb, 20 nəfər yaralanıb.

Lider-media.az xəbər verir ki, bu məlumatı İranın Tasnim agentliyi yayıb.

Agentliyin məlumatına görə, şaxtada partlayış tunellərdən birində metan qazının sızması səbəbindən baş verib. Partlayış zamanı mədənin B və C bloklarında 69 nəfər olub. B blokundan 20 şaxtaçının cəsədi çıxarılıb, C blokunda işləyən 30 nəfərin hamısı ölüb.

Zərərçəkənlərə tibbi yardım göstərilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi