lider-media.az

Şəhidlik elə bir zirvədir ki, ünvanı əbədiyyətdir

Tarix: 20-09-2024, 21:21

Bu gün 44 günlük Vətən müharibəsində tarix yazan, ölümü ilə ölümsüzlüyə qovuşan şəhidimiz Abdullayev Hikmət Şaiq oğlunun doğum günüdür.

Abdullayev Hikmət Şaiq oğlu 20 sentyabr 1998-ci ildə Beyləqan rayonunun 1-ci Şahsevən kəndində anadan olub. Hikmət Vətən müharibəsi başlayan zaman bir neçə vacib məntəqnin işğaldan azad olunmasında yaxından iştirak etmiş, əsl igidlik və mərdlik simvoluna çevrilmişdir. Şəhidimizin döyüş yoldaşları onu qorxmaz, ölümün gözünə dik baxan igid kimi xarakterizə edirlər.  Hikmət Zəfər istiqamətində uzun bir yol qət etsə də, Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən Hikmət Abdullayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.Respublikamızın müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə-Şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq!!!  Bu gün qəhrəman şəhidimizlə təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur, ehtiramla anır. Ömrü yarımçıq qırıldı, həssas qəlbi, duyğusu ilə Vətənə, torpağa, el-obaya bağlanmış bu igidin. Düşmən onun ömrünə nöqtə qoysa da əbədiyyətə çevrilmiş Vətən sevgisini, həyatda qoyduğu izləri heç vaxt silə bilməyəcək. Daim öz dostlarının, qohumlarının, tanışlarının və xalqımızın yaddaşında  qəhrəman bir gənc kimi yaşayacaq.

 Bəli, bu gün öz qanı, canı bahasına Vətənin müdafiəsi uğurunda gedən döyüşdə qəhrəmancasına şəhid olan Babək cəsurluğu ilə düşmənə meydan oxuyaraq, şəhidlik zirvəsinə yüksələn igidlərimizdəndir. Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olunub. Nə qədər ki canını  Vətən uğrunda əsirgəməyən igidlərimiz var Azərbaycan daima yaşayacaq, ucalacaq və qalib gələcək!

Vətən bölünməz-şəhidlər ölməz! İllər keçəcək, bizim kimi gələcək nəsillər də şəhidlərimizi minnətdarlıq hissi ilə yad edəcəklər. Heç kim unudulmur, heç kim yaddan çıxmır.

Bəli, şəhidlik elə bir zirvədir ki, ünvanı əbədiyyətdir. 

                      Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi