lider-media.az

Azərbaycan Respublikasının Prokurorluğunun beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığı uğurla davam etdirilir

Tarix: 19-09-2024, 17:53

Cari ilin 16-19 sentyabr tarixlərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Fransa Respublikasının Paris şəhərindəki mənzil qərargahında Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin (ACN) 23-cü Plenar iclası və Şəbəkənin İdarə Heyətinin 29-cu görüşü keçirilmişdir.

Qeyd edilən tədbirlərdə ölkəmiz Azərbaycan Respublikasının Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun rəhbərlik etdiyi, Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi Səbuhi Alıyev və Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Nicat Nağıyevdən ibarət nümayəndə heyəti tərəfindən təmsil olunmuşdur.

Plenar iclasda Şəbəkənin İstanbul Fəaliyyət Planının V monitorinq mərhələsi çərçivəsində Mərkəzi Asiya ölkələri üzrə dəyərləndirmə hesabatları müzakirə edilərək qəbul edilmişdir. 

Ölkəmiz Özbəkistanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş islahatların dəyərləndirilməsini nəzərdə tutan milli hesabatın müzakirəsində məruzəçi qismində iştirak etmişdir.

Bununla yanaşı, nümayəndə heyətinin üzvü Səbuhi Alıyev Tacikistanın korrupsiyaya qarşı mübarizə tədbirlərinin beynəlxalq standartlara uyğunluğunun dəyərləndirilməsində ekspert qismində iştirak etmişdir.

Bundan əlavə, nümayəndə heyətimiz Şəbəkənin İdarə Heyətinin iclasında çıxış edərək son dövrdə ölkəmizdə korrupsiya və oxşar neqativ halların qarşısının alınması və ona qarşı mübarizə ilə bağlı həyata keçirilmiş tədbirlər barəsində məlumat vermişdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi