lider-media.az

Azərbaycan nüfuzlu beynəlxalq reytinqdə tarixi göstəriciyə nail olub

Baxış: 322 Tarix: 17-09-2024, 23:55

Azərbaycan nüfuzlu beynəlxalq reytinqdə tarixi göstəriciyə nail olub

Sentyabrın 17-də BMT-nin Elektron Hökumətin İnkişaf İndeksi (EGDI) üzrə mətbuat konfransı zamanı Azərbaycanın rəqəmsal hökumətin inkişafı istiqamətində mühüm irəliləyiş əldə etdiyi açıqlanıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən verilən məlumata görə, beynəlxalq hesabatda ölkəmiz 2022-ci illə müqayisədə bu il 9 pillə irəliləyərək 193 ölkə arasında 74-cü yerə yüksəlib.

Reytinqin yekun göstəricisində Azərbaycan 1 ballıq şkala üzrə 0.7607 bal toplayaraq tarixi göstəriciyə nail olub. Bununla da Azərbaycan ilk dəfə indeksin ən yüksək kateqoriyası hesab edilən “Very High EGDI” ölkələrin sırasına daxil olub.

BMT-nin Elektron Hökumətin İnkişaf İndeksi hər iki ildən bir açıqlanır və bu hesabata ölkələrin rəqəmsal hökumətin inkişafı üzrə göstəriciləri daxildir. Bu il açıqlanan hesabatda yer alan göstəricilər 2023-cü ilin may ayına qədər olan vəziyyəti əks etdirir.

Azərbaycan indeksin qiymətləndirmə meyarlarını əks etdirən onlayn dövlət xidmətləri və telekommunikasiya istiqamətlərinin hər biri üzrə irəliləyişə nail olub. Hesabatda bildirilir ki, ölkəmizin onlayn dövlət xidmətləri və telekommunikasiya infrastrukturu üzrə göstəricilərinin hər birində 21 faiz olmaqla artım qeydə alınıb. Azərbaycan ötən illərlə müqayisədə ilk dəfə olaraq Elektron İştirakçılıq İndeksində (EPI) əhəmiyyətli irəliləyiş əldə edib. Bu indeks üzrə artım 28 faiz təşkil edib və ölkəmizin indeksdə 98-ci yerdən 88-ci yerə yüksəlməsini təmin edib.

Reytinqdə Azərbaycanın mövqeyinin güclənməsinə, xüsusilə son iki ildə Rəqəmsal İnkişaf Strategiyası istiqamətində görülən işlər, o cümlədən müvafiq dövlət qurumlarının koordinasiyalı fəaliyyəti, beynəlxalq ekspertlərlə təcrübə mübadiləsi nəticəsində ərsəyə gələn müxtəlif rəqəmsal hökumət həlləri, ölkə miqyasında həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi kimi təşəbbüslər ciddi töhfəsini verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi