lider-media.az

Əbədi birlik, dostluğ və qardaşlığ sarsılmazdır

Tarix: 17-09-2024, 15:58

  “... Bizim ailəmiz Türk dünyasıdır.  Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. ... Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır.” Bu fikirlər Prezident İlham Əliyevin Milli Məclisdə keçirilən andiçmə mərasimindəki çıxışındandır. 

Əzəldən tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox  qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu uğurla davam etdirən Prezident İlham Əliyev qardaş Türkiyə dövləti ilə münasibətlərin daha da inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə qalxmasında əhəmiyyətli rol oynayır.

Ölkələr arasında  son illərdə dinamizmin möhkəmlənərək keyfiyyətcə yeni mərəhələyə qədəm qoyması qarşılıqlı əməkdaşlıq tellərinin genişlənməsinə impuls verib. Prezident cənab İlham Əliyev iki qardaş ölkənin həmişə uğurla əməkdaşlıq etdiyini və qarşıda duran bütün çağırışlara, vəzifələrə birgə münasibət göstərdiklərini bəyan edib.

 Hər iki ölkənin genişqmiqyaslı layihələrin gerçəkləşdirməsi, türk dövlətlərinin iqtisadi-siyasi, hərbi, ticari, elmi-mədəni, ümumiyyətlə, bütün sahələrdə birgə əlaqələrinin artması, yeni-yeni layihələrə imza atması onların nüfuzunu və mövqeyini gücləndirir. Regionda sülhün, təhlükəsizliyin daimi olması qarşılıqlı regional münasibətlər sisteminin möhkəm təməllər üzərində davam etdirilməsi üçün Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin inkişafı böyük əhəmiyyətə malikdir.

 Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək isə xalqımız tərəfindən ən yüksək qiymətə layiq görüldü. Türkiyə hakimiyyəti və  xalqı bütün dünyaya Azərbaycan ilə həmrəy olduqlarını nümayiş etdirdilər. Müharibənin hər anını bir qardaş ölkə olaraq Azərbaycanla birgə yaşadı. Əldə edilən şanlı Zəfər isə yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirildi. Bu tarixi Qələbədən sonra 2021-ci ilin 15 iyununda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması  iki ölkə arasındaki birliyin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edən, həmçinin, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən ilk rəsmi sənəddir. Məhz bu baxımdan Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu.

 Tarixi Qələbə ilə başa çatmış Vətən müharibəsindən sonra Cənubu Qafqazda yaranmış yeni reallıqlar fonunda imzalanmış bu sənəd Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının sarsılmaz olduğunu bir daha dünyaya bəyan etdi. Bu, bir daha göstərir ki,  bundan sonra da hər zaman bir yerdə olacaq,  təhlükəsizliyimiz birgə təmin ediləcək. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.

Azərbaycan və Türkiyə əlaqələri təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, Türk dünyasının daha sıx şəkildə bir araya gəlməsi məhz münasibətlərinin inkişafından keçir.  Bu iki xalqın birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur. Bü, onu göstərir ki, əbədi və əzəli birlik, dostluğ və qardaşlığ sarsılmazdır və daim belə də olacaq.                                                                          

 2020-ci il dekabrın 10-da Azadlıq meydanında keçirilən Zəfər paradında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi "Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir" fikirlərini Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın duyğusal çıxışı tamamladı. Həm də türklüyün bu müharibədə qazanılan qələbəyə münasibətinin ifadəsi kimi səsləndi: “Azərbaycan torpaqları illərdi həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır. Nə gözəl niyyətdi, nə gözəl qətiyyətdi, nə gözəl məhəbbətdi!”

    Lider-media.az

                                                                                  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi